XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 20:23

Ukraynada hökuməti yıxdılar

Ukraynada koalisiya hökumətini təşkil edən dörd partiyadan biri, Lvov Bələdiyyə başçısı Andrey Sadovıyın sədri olduğu “Samopomiç” (Özünəkömək) Partiyası koalisiya hökumətindən geri çəkilib.

Strateq.az xəbər verir ki, 31 deputatı olan partiyanın bu addımından sonra koalisiya hökuməti parlamentdəki çoxluq mövqeyini itirib.

Qeyd edək ki, dünən də sabiq baş nazir Yuliya Timoşenkonun Ana Vətən Partiyası koalisiya hökumətindən çəkilmişdi. Ukraynanın baş naziri Arseniy Yatsenyuk məsələylə əlaqədar verdiyi açıqlamada “Samopomiç”in bu addımını anlayışla qarşıladığını bildirib və yeni koalisiya qurmaq üçün bu gün prezident Petro Poroşenko və Radikal Partiyasının sədri Oleq Lyaşko ilə bir araya gələcəklərini deyib.