XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 11:30

Trampla Çin rəhbəri Argentinada bir araya gəldi –2.5 saat çəkən görüşdə nələr müzakirə olunub?

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin aylar sürən gərginliklərdən sonra ötən gecə Argentinada G20 sammiti çərçivəsində görüşüblər.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, görüş gözlənildiyindən uzun çəkib.

Belə ki, 2,5 saat davam edən görüşdə ikitərəfli münasibətlər, KXDR problemi ilə yanaşı, tərəflərin bir-birinin məhsullarına tətbiq etdiyi əlavə vergi  məsələləri müzakirə edilib.

Ağ Evin mətbuat katibi Sara Sanders isə görüşlə bağlı açıqmasında tərəflərin bir çox məsələlərdə razılaşdıqlarını deyib.

O bildirib ki, Çin ABŞ-la ticarət balansını saxlamaq üçün Amerikadan kənd təsərrüfatı, enerji, sənaye, o cümlədən digər təyinatlı məhsullar almağa razılaşıb. Bunun qarşılığında isə Tramp Çinə qarşı yanvarın 1-dən əlavə vergi tətbiqini dayandıracaq.