XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2018 - 11:50

Eldar Əzizov Bakının icra başçılarına tapşırıq verdi –Bütün qurumlar gücləndirilmiş rejimə keçib

“Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır”.

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon icra hakimiyyətləri məlumatlandırılıb:

“Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.