XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 12:47

Ermənistan yenidən prezident idarəçilik formasına keçə bilər –Paşinyandan bəyanat

Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan ölkədə parlament idarəçilik formasından prezident idarəçiliyinə keçilə biləcəyini istisna etməyib.

TASS xəbər verir ki, o, bu bəyanatla bazar günü Sisyan şəhərində “Mənim addımım” blokunun seçkiqabağı mitinqində çıxış edib.

“Əgər parlament idarəçilik formasının prezidentliklə əvəzlənməsinə zərurətin yarandığı hiss edəriksə, bunun üçün bizi heç nə tutub saxlamır və biz sizin razılığınız ilə bunu edəcəyik”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan 2015-ci ildə aparılan konstitusiya islahatları nəticəsində prezident idarəçilik forması parlamentə dəyişdirilib/Report.