XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 16:23

Binəli Yıldırım CHP liderinin qəbuluna getdi:seçki ilə bağlı gizli müzakirə, yoxsa... - Açıqlamalar

Bu gün Türkiyə Böyük Millət Məclsinin sədri Binəli Yıldırımla CHP lideri Kamal Kılıçdaroğlu görüşüblər.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Binəli Yıldırımın təşəbbüsü ilə baş tutan görüş 45 dəqiqə çəkib.

Görüşdən sonra qısa açıqlama verən Binəli Yıldırım deyib ki, görüş, sadəcə “diplomatik xarakter” daşıyıb: “Bu, bir nəzakət ziyarəti idi. Xatırladım ki, Kamal bəy Məclis sədri olanda silahdaşları ilə məni ziyarət etmişdi”.

Kılıçdaroğlu isə deyib ki, bu ziyarətə görə Binəli Yıldırıma təşəkkür edir: “Biz, eyni zamanda, bu görüşdə parlamentdəki bəzi qanun layihələri ilə bağlı məlumat da aldıq”.

Türkiyə məıtbuatı isə Binəli Yıldırımın İstanbuldan bələdiyyə seçkilərinə qatılacağını xatırladaraq, görüşün əsl məqsədinin seçki olduğunu iddia edib. Bildirilir ki, bu görüşdə ölkədəki vəziyyətlə yanaşı, əsasən, seçki müzakirə mövzusu olub.