XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 20:46

PKK İraq kürdlərinin “çörək ağacını” partladıb

 

PKK Şimali İraq Kürd Muxtariyyətindən Türkiyəyə gedən neft kəmərini partladıb.

Strateq.az xəbər verir ki, məlumatı muxtariyyətin Təbii Sərvətlər Nazirliyi yayıb. Məlumata görə, Kərkük-Yumurtalıq boru xəttinə Şanlıurfa bölgəsində edilən hücum nəticəsində dünən gecədən etibarən neft nəqli dayandırılıb.

Açıqlamada İraq kürdlərinin İŞİD-ə qarşı döyüşdüyü və muxtariyyatdakı iqtisadi böhran xatıladılaraq qeyd olunub: "Bu hücum birbaşa Kürdüstan bölgəsində yaşayan xalqın ruzisinə yönəlib. Hökumət İŞİD-ə qarşı döyüşən peşmərgələrin maaşlarını və ehtiyaclarını da bu neft xəttindən təmin etməkdədir".

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyəti Türkiyə, PKK isə Rusiya tərəfindən dəstəklənir. Görünür, Yaxın Şərq uğrunda davam edən geopolotik mübarizə kürdləri də bir-birini qırmağa sürükləyir.