XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 15:19

Salome Zurabişvilinin inauqurasiya mərasimi ilə bağlı müəmma –Tiflisdə keçirilməyə bilər

Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi paytaxt Tiflisdə keçirilməyə bilər.

Report xəbər verir ki, bunu yerli mətbuat yazıb.

Məlumata əsasən, xanım prezidentin inauqurasiyasının hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil və hazırda müxtəlif şəhərlər üzrə müzakirələr aparılır.

Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Səlahiyyət müddəti başa çatmaqda olan prezident Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində keçirilib.