XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 11:59

Gürcüstanda problemli kreditlərin silinməsi başlandı –“Qara siyahı”da olan müştərilərin siyahısı hazırlanır

Gürcüstanın 13 məşhur kredit şirkəti vətəndaşların bank kreditlərinin silinməsi ilə bağlı proqrama qoşulub.

Strateq.az “Qruziya online”-yə istinadən bildirir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb. Nazir İvan Maçavariani bəyan edib ki, borcların silinməsi ilə bağlı hazırda fəal şəkildə texniki işlər aparılır: “Bu mərhələdə kredit vermiş təşkilatların müştəri bazası yoxlanılır. Borcların silinməsi dekabrın 15-dən başlanacaq və “qara siyahı”dan 600 min şəxsin adı çıxarılacaq.  Proses ilin sonuna qədər davam edəcək. Borcların silinməsi və siyahıların təmizlənməsi vəd edildiyi müddətdə başa çatacaq”.

Xatırladaq ki, prezident seçkilərinin ikinci turu ərəfəsində “Gürcü Arzusu” partiyasının lideri B. İvanişvili qələbə qazanacaqları təqdirdə 600 min vətəndaşın problemli kreditlərini siləcəklərini vəd edib.