XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 14:47

Ermənistanın “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb –2 pilot ölüb

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan“Facebook” səhifəsində yazıb.

Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb/Report.