XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2018 - 16:06

Rusiyalı politoloqdan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə şərh:"Ermənistanın indiki rəhbərliyi ilə razılaşmaq mümkün deyil"

“Milanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir müsbət dəyişikliyə səbəb olmayacaq”.

Bunu “Report”a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 5-də Milan şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq görüşünə münasibət bildirərkən deyib.

“Həm ATƏT-in Minsk qrupunun, həm də bir sıra Avropa ölkələrinin səylərinə baxmayaraq, hazırda Ermənistanın mövcud rəhbərliyinin danışıqlar apara bilmək qabiliyyəti yoxdur”, – Y.Mixaylov bildirib.

Onun fikrincə, dekabr ayında keçiriləcək parlament seçkilərinin nəticəsində hakimiyyətə “Sasna Tsrer” kimi ultramillətçilər gələcək: “Onların Nikol Paşinyanın siyasi bəyanatlarını tam şəkildə dəstəklədiklərini nəzərə alaraq ehtimal etmək olar ki, Yerevan, çətin ki, öz istəyi ilə Qarabağın statusu ilə bağlı sülh danışıqlarına başlamağa razılıq versin”.

O bildirib ki, Milanda Ermənistan tərəfi yenidən danışıqlar prosesində separatçı rejimin nümayəndələrinin iştirakı məsələsini qaldıra bilər: “Amma bu addım heç yerə aparmayacaq. Rəsmi Bakının buna qarşı olduğunu bilirik, odur ki, daha əvvəl də dediyim kimi, XİN başçılarının görüşünün nəticəsi sıfıra bərabər olacaq”.