XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 21:30

Ukrayna Rusiyanın 8 vəzifəli şəxsini axtarışa verdi –SİYAHI

“Ukraynanın Cənub regionunun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib”.

Bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat yayılıb.

Bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.

Bundan əlavə, rusiyalı kapitanlar Andrey Şein, Aleksey Şatoxin, Aleksey Salayev, Andrey Şpiçin və Sergey Şerbakov da axtarış siyahısındadır/Axar.az.