“Rusiya İrana Su-30 SM tipli döyüş təyyarələri satacağı təqdirdə, BMT Təhlükəsizlik Şurasının qərarlarının pozmuş olacaq”.
Strateq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner yazılı açıqlamasında bildirib.
Onun fikrincə, Su-30 SM tipli reaktivlər döyüş təyyarələridir və bütün BMT üzvləri 2231-ci maddənin gətirdiyi məhdudlaşdırmaların fərqində olmalıdırlar: "Əgər verilən xəbərlər doğrudursa, biz bunu ikitərəfli görüşlərdə Rusiyaya və digər BMT Təhlükəsizlik Şurası üzvlərinə çatdıracağıq. "
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyindən adı açıqlanmayan bir yüksək rütbəli zabitin fikirlərinə istinadən yayılan xəbərlərə görə, Moskva 8 milyard dollar dəyərində xeyli Su-30 SM döyüş təyyarələrini bu il sonuna qədər İrana satmağı planlaşdırır. Xəbərlərdə Rusiyanın ilk bazarlığını bu gün edəcəyi bildirilir.
İranla imzalanan nüvə sazişinə görə isə, bu ölkənin ağır silah və hərbi texnika ala bilməsi üçün BMT Təhlükəsizlik Şurasının icazəsi tələb olunur.
ABŞ diplomatı da bu maddəyə əsaslanaraq, Rusiyanı BMT-yə şikayət etməyə hazırlaşır.