XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 23:37

“Bu, məni maraqlandırmır…” –Tağı Əhmədovdan bankda pulunun batması xəbərinə reaksiya

tagi-ehmedov

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.

 

Strateq.az azvision.az-a istinadən xəbər verir ki, Tağı Əhmədov yayılan xəbərlərin yalan olduğunu bildirib: “Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır”.

 

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.