XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2018 - 14:20

MHP lideri Türkiyə Böyük Millət Məclisinin sədri olacaq –Ərdoğanın planı

MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Türkiyə prezidenti Ərdoğanın istəyi ilə baş tutacaq.

Məlumatda Ərdoğanın “MHP-yə ittifaq məsələsində bəzi jestlərimiz olacaq” sözləri xatırlanaraq, mart ayında keçiriləcək bələdiyyə seçkilərindən sonra Baxçalının məclis sədrliyinə namizədliyi irəli sürüləcəyi vurğulanıb: “Bildiyiniz kimi, hazırkı məclis sədri Binəli Yıldırım İstanbuldan bələdiyyə seçkilərinə qatılacaq. Əgər o, seçilərsə, İstanbulda bələdiyyə sədri olacaq. Onun boşalan postuna isə AKP-nin dəstəyi ilə MHP sədri gətiriləcək”.

Qeyd edək ki, MHP lideri ilə bağlı bu iddianı uzun illər AKP-nin cəmiyyətdəki nüfuzu ilə bağlı sorğular keçirən məşhur sosioloq Mehmet Ali Kulat da telekanalların birindəkı çıxışında təsdiqləyib.