XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 16:17

Slovakiya ilə Rusiya arasında diplomatik qalmaqal- Rusiyalı diplomat ölkədən çıxarılıb

Bratislava ilə Moskva arasında diplomatik qalmaqal baş verib: Rusiyanın Bratislavadakı səfirliyinin əməkdaşı ölkədən çıxarılıb.

AZƏRTAC “Ria Novosti”yə istinadla xəbər verir ki, “Pravda” qəzetinin yazdığına görə, Slovakiyanın Baş naziri Peter Pelleqrini persona non-qrata elan olunan rusiyalı diplomatı Bratislava və NATO əleyhinə kəşfiyyat xarakterli məlumatlar toplamaqda ittiham edib.

Rusiyanın Slovakiyadakı səfirliyində məlumatı şərh etməsələr də, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabarov Moskvanın “dostluqla bir araya sığmayan bu addıma adekvat cavab verəcəyini” deyib.