XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 19:36

Omanın neft naziri:"OPEC+ ölkələri 6 ay müddətinə hasilatı azalda bilər"

“OPEC+ komitəsində 3-6 ay müddətinə neft hasilatını azaltmaq məsələsi müzakirə olunur”.

“Report” xəbər verir ki, bunu Omanın neft naziri Məhəmməd Həmad əl-Rumhi jurnalistlərə bildirib.

“Məncə, hazırda İranla bağlı hər hansı məsələ müzakirə olunacaqsa, bu, əhəmiyyətsizdir. İran sanksiya altındadır, ixracı kəsilir. Onlardan 1 milyon, yaxud 2 milyon azaltmağı xahiş edə bilərik, bunlar mücərrəd söhbətlərdir. İndi qarşıdakı 3 ay, 4 ay, 6 ay barədə, qısa perspektiv barədə söhbət gedir. Siyasi cəhətdən mühüm dəyişiklik olacağına inanmıram”, – nazir qeyd edib.

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.