XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 22:00

Rusiya XİN-dən Paşinyanın sözçüsünə etiraz:"Onun bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu bildirib.

O, bunu “Tert.am” erməni saytına açıqlamasında deyib.

Yeqoyan bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitinin erməni tərəfinin xahişi ilə təxirə salınması barədə sözlərini təkzib edərək, “Ermənistanın sammitin təxirə salınmasını təklif etmədiyini” bildirib.

“Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistan baş naziri vəzifəsinin  icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur”, – deyə Zaxarova söyləyib/Report.