XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2018 - 06:22

Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək- Nikki Heyliyə əvəz tapıldı

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin nümayəndəsi Hizer Nauerti Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd seçib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

Noyabrın əvvəllərində Donald Tramp bildirib ki, Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, bu vəzifəni icra edən Nikki Heyli daha əvvəl istefa verdiyini bildirib. Diplomat hesab edir ki, onun səlahiyyətlərini başqası icra etməlidir.

Oktyabrda ABŞ lideri Nikki Heylinin ilin sonunda Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefasını təsdiqləyib.