XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2018 - 11:03

“The Daily Telegraph”:"Britaniya kəşfiyyatı rusiyalı iş adamlarına qarşı təzyiqi artıracaq"

Böyük Britaniyanın kəşfiyyat orqanlarının Rusiya hökumətinə yaxın hesab olunan rus iş adamları ilə bağlı planları var.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri yazıb.

Yazıda qeyd olunub ki, söhbət 6 nəfərdən gedir. Britaniya kəşfiyyatı onlara qarşı təzyiqi artırmaq, sahibkarların manevr imkanlarını məhdudlaşdırmaq niyyətindədir.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın gizli kəşfiyyat xidmətinin (Mİ-6) rəhbəri Aleks Yanger bəyan edir ki, ölkəsi Rusiyanı stabilləşdirməyə çalışmır.