XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 15:06

BMT Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs vermədi- HƏMASI-ı terror təşkilatı kimi tanımadı

BMT-nin Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verməyərək HƏMASI-ı terror təşkilatı kimi tanımadı.

AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında ABŞ-ın BMT nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təqdim edib. Layihədə fələstinlilərin müqavimət hərəkatı olan HƏMAS-ın terror təşkilatı kimi tanınması təklif edilib. Lakin səsvermə zamanı ABŞ 3\2 səs çoxluğu qazana bilməyib və HƏMAS terror təşkilatları siyahısına salınmayıb.

Beynəlxalq mətbuatın yaydığı xəbərlərə görə, ABŞ-ın nümayəndəsi N.Heyli səsvermədən əvvəl Assambleya üzvlərini hədələyərək bildirib ki, əgər ABŞ-ın təklif etdiyi qətnaməyə səs verməsələr “sizin üçün” pis olacaq. Bu hədəyə baxmayaraq, üzv dövlətlərin əksəriyyəti qətnamənin əleyhinə səs veriblər.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleya qurumun hüquqi bölməsi hesab edilir. Assambleyanın bütün üzvlərinin səsvermə hüququ olsa da, heç birinin veto hüququ yoxdur.