XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2018 - 18:26

Ter-Petrosyan siyasi suallardan yayındı, Qarabağla bağlı suala isə belə cavab verdi:"Vəziyyətdən narahat olmayan var ki?"

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan səsvermə hüququndan istifadə edib.

Seçki məntəqəsindən çıxan Ter-Petrosyan jurnalistlərin suallarını cavablandırıb.

Ter-Petrosyan ölkədəki inqilab, Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumətin fəaliyyəti və Robert Köçəryanın həbsi ilə bağlı suallara təbliğat xarakteri daşıdığı bəhanəsilə cavab verməkdən imtina edib.

Levon Ter-Petrosyan Qarabağ ətrafında vəziyyətlə bağlı suala isə belə cavab verib: “Qarabağ ətrafında vəziyyətlə bağlı erməni xalqı arasında narahatlıq keçirməyən kimsə var?”.

Axar.az