XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2018 - 21:08

Ermənistandakı seçkidə xeyli qanun pozuntuları qeydə alınıb –Rəsmi qurumlar açıqlama yaydı

Ermənistan Müdafiə Nazirliyi “qaynar xətt” üzrə səsvermə prosesində pozuntular barədə 39 məlumat alıb.

Bu barədə öz “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbua katibi Artsrun Ovanisyan yazıb.

Onun sözlərinə görə, bu məlumatlar seçkilərin təşkili, hərbçilərin səsvermə məntəqələrinə gətirilməsi və məzuniyyətdə olan hərbi qulluqçuların səsverməsi ilə bağlı olub.

Bundan əlavə, “TASS”ın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumaat görə, İstintaq Komitəsi növbədənkənar parlament seçkilərində səsvermə zamanı qanun pozuntularına dair 12 şikayət qeydə alıb: “İstintaq Komitəsi onların araşdırılması üzrə tədbirlər görür”.

Daha əvvəl Ermənistanın Baş prokurorluğundan bildirilib ki, seçkilər zamanı 65 pozuntu ilə bağlı məlumaat baxılıb, onlardan 32-si cinayət tərkibli olub/Trend.