XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 21:25

“Bunu mən və Fransa prezidenti deyirik: bizim xalqı rahat burax!” –Fransa XİN-dən Trampa daha bir xəbərdarlıq

“ABŞ Prezidenti Donald Tramp ABŞ-ın daxili işlərinə qarışmamalıdır”.

Bu sözləri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.

“ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Bunu mən və Fransa prezidenti deyirik: bizim xalqı rahat buraxın!”, – deyə nazir bildirib.

Bildirək ki, bundan öncə Fransa administrasiyası da Trampa sərt şəkildə cavab verərək, ona fransız siyasətinə burnunu soxmamağı məsləhət bilmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlükdə etiraz dalğasının bürüdüyünü, insanların “Biz Trampı istəyirik” şüarları səsləndirdiyini yazmışdı/Axar.az.