MDB-nin seçki müşahidə missiyası Ermənistanda dünən keçirilmiş parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Strateq.az bildirir ki, bununla bağlı müşahidəçilər bəyanatla çıxış ediblər.
“Seçkilər açıq və şəffaf olub və çoxpartiyalı əsasda keçirilib” –deyə rəsmi açıqlamada bildirilir.
Hesabatda seçki zamanı ayrı-ayrı pozuntuların olduğu qeyd edilib və bildirilib ki, bunlar səsvermənin nəticələrinə təsir etmək gücündə deyil.
Bəyanatda deyilir ki, MDB-nin müşahidə missiyası açıq və şəffaf fəaliyyət göstərib.
MDB-nin müşahidə missiyasına 8 ölkəni və Rusiya-Belarus İttifaqını təmsil edən 84 nümayəndə daxil olub.