XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 22:15

Naxçıvanda Hava Hücumundan Müdafiə Qüvvələrinin təlimləri keçirilib –(Fotolar)

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib.

Strateq.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda təlimlərdə bölmələrin həyəcan siqnalı ilə qaldırılması, şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri, məsrəf olunmuş raketlərin yenisi ilə doldurulmasının məşq etdirildiyi bildirilib.

Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin hava hücumundan müdafiə bölmələri praktiki atışları icra ediblər.