XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 13:39

“Ankara terrorunu, ola bilsin, ermənilər ediblər” –Jirinovskidən sensasion açıqlamalar (VİDEO)

Rusiya Liberal-Demokrat Partiyasının lideri və Kremlin əsas “danışan dilləri”ndən biri Vladimir Jirinovski bildirib ki, Türkiyə Suriyaya ordu yeridəcəyi halda, türk şəhərlərində terror aktları təşkil olunacaq. 

Strateq.az virtualaz.org-a istinadən xəbər verir ki, siyasətçi terror aktlarını kürd və erməni yaraqlıları təşkil edəcəklərini də bəyan edib.

“Bu vaxt bütün Türkiyədə terror aktları başlayacaq. Hökumət binaları, hərbi düşərgələr yanacaq, hər şey havaya uçacaq. Bəs bunu kim elədi? Bilmirik. Bunu ola bilsin ki, kürd döyüşçüləri, yaxud da erməni yaraqlıları ediblər. Yunanlar, bolqarlar, suriyalılar, ərəblər. Onlar orada milyonlarladır və biz, əlbəttə, onların partlayıcı maddəni haradan aldıqlarını bilmirik”, – “Rossiya1” telekanalında çıxış edən Jirinovski belə deyib.

Rusiyalı siyasətçi, eyni zamanda, bir gün əvvəl Ankarada baş vermiş terror aktını “məşq” adlandırıb:

“Dünən məşq idi, sabah isə bütün Türkiyə yanacaq”.

Jirinovskinin bu çıxışını aşağıdakı videoçarxın 16-cı dəqiqəsində izləyə bilərsiniz: