XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 07:52

“O, səviyyəsi olmayan bir adamdır…” – Spiker

Bu gün Milli Məclisin iclasında separatçı Əlikram Hümbətovun sərsəm açıqlamalarına sərt münasibət bildirilib.

Strateq.az azvision.az-a istinadən xəbər verir ki, ALerikdən olan deputat İqbal Məmmədov bu yaxınlarda Əlikram Hümbətovun qondarma erməni soyqırımı ilə bağlı ermənilərə başsağlığı verməsinə etirazını bildirib. Deputat parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib ki, Ə. Hümbətov heç zaman talış xalqının adından danışa bilməz:

“Ona heç kim belə bir səlahiyyət verməyib. O adamın siması həm Azərbaycana, həm də talış xalqına məlumdur”.
Millət vəkili İqbal Ağazadə də həmkarının fikirlərini təsdiqləyib. İ.Ağazadə bildirib ki, Əlikram Hümbətov Azərbaycan xalqına xəyanət edib. “Hazırda bu yöndə də fəaliyyətini davam etdirir. Bu məsələni Xarici işlər Nazirliyi diqqətdə saxlamalı və lazımi addımlar atmalıdır”.
Spiker Oqtay Əsədov millət vəkillərini Ə. Hümbətovla bağlı məsələni gündəmə gətirməsinə öz münasibətini bildirib. O, Ə.Hümbətova bu qədər diqqət göstərilməsini yersiz saydığını bildirdi: “Bir çox beynəlxalq təşkilatlar belə xəyanətkarları axtarırlar. Belə bir xəyanətkar, seperatçıya görə, dövlət niyə mövqe bildirməlidir? Kimdir ki, o? O, səviyyəsi olmayan bir adamdır. öz xalqına, millətinə xəyanət etmiş bir insandır. Biz gedib ona qarşı kampaniya yaratmamalıyıq”.