XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 16:56

Köşə yazarından tükürpədən sözlər:"Aksiya iştirakçılarının başları kəsilməlidir"

“A Haber” telekanalının proqramın aparıcısı və “Təqvim” qəzetinin köşə yazarı Erkan Tan, Gəzi Parkındakı aksiyalara qatılanlar barədə qalmaql doğuracaq cümlə işlədib: “Başları kəsilməlidir!”

Strateq.az “Birgün” qəzetinə istinala xəbər verir ki, “Təqvim” qəzetindəki son köşə yazısında Fransada benzin qiymətlərinə vergi tətbiqi ilə bağlı “Sarı jiletlilər”in nümayişlərinə toxunan Tan bu hadisələri Türkiyəyə köçürmək istəyənlərin olduğunu iddia edib.

Gəzi Parkı hadisələrini nümunə göstərən Erkan Tan yazıb: “Silahdan atəş açdılar. Daş atdılar. “Molotov kokteyli” atdılar. Yalnız ictimai əmlaka deyil, minlərlə mülki vətəndaşın malına-mülkünə zərər verdilər. Buna görə də, onların başları kəsilməlidir!”.

Yazının davamında Tan qeyd edib: “Bundan sonra Türkiyədə “Sarı jilet” xəyali quranların sonu “Sarı ətək” olacaq…”.