XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 18:55

“İqtisadiyyatın 3.5 faizlik böyüməsi həqiqət deyil, əslində, 1.1 faiz kiçilib” –Nüfuzlu ingilis nəşri Türkiyəni böhran gözlədiyini yazır

İngiltərədə nəşr olunan “Finansial Tayms” qəzeti Türkiyə üfüqlərində iqtisadi durğunluğun görünməyə başladığını yazıb.

Qəzet Türkiyə lirəsinin kəskin ucuzlaşmasının inflyasiyaya gətirib çıxardığının, bunun isə iqtisadi inkişafı zəiflətdiyini iddia edib.

Mənbə Türkiyə iqtisadiyyatındakı 3.5 faizlik böyümənin 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra ən zəif göstərici olduğunu bildirib.

Qəzet yazır ki, Türkiyə Dövlət Statistikası tərəfindən təqdim edilən 3.5 faizlik böyümə rəqəmi həqiqəti əks etdirmir: “Əslində, iqtisadiyyat 1.1 faiz kiçilib”.

Lakin “Finansial Tayms” Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən əvvəl lirənin süni bahalaşdırılması üçün Mərkəzi Banka təzyiq edəcəyini də iddia edib.

Qəzetin ekspertləri gələn il Türkiyə iqtisadiyyatının 2 faiz kiçiləcəyini bildiriblər/Teleqraf.com.