XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 10:57

“Bu baş versə, insanlar ayağa qalxacaq”- Tramp impiçmentdən danışdı

“Bu baş versə, insanlar ayağa qalxacaq. Heç bir səhv hərəkəti olmayan və üstəlik də dünyanın ən qüdrətli iqtisadiyyatını bərpa edən bir siyasətçini kənarlaşdırmaq çətindir”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp son günlər impiçmentlə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Və məsələ ilə bağlı narahatlıq keçirmədiyini əlavə edib.

Qərb mətbuatı isə ABŞ liderinin demokratlar Konqresdə çoxluğu ələ alandan sonra ona qarşı impiçment elan olunacağından qorxduğunu və məsələni hüquqşünasları ilə müzakirə etdiyini yazır.

Konqresə son seçkilərdən sonra Demokrat Partiyası Nümayəndələr Palatasında çoxluğu ələ keçirib. Bu, o deməkdir ki, demokratlar istintaq komissiyası yaratmaq və insanları ifadə vermək üçün dinləmələrə çağırmaq səlahiyyətinə sahib olacaqlar. Bu səlahiyyət sayəsində deputatlar Trampı ən müxtəlif təhqiqatların mərkəzinə gətirə bilərlər.

Tramp indidən elan edib ki, istintaq komissiyalarının iclaslarına getməyəcək, ifadə verməyəcək. Üstəlik belə komissiyaların hamısının büdcəsini “qayçılayacaq”.

Strateq.az