XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 16:48

Xamenei:“Amerikalılar 2019-cu ildə İranı qarışdıra bilər”

“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratamq üçün plan hazılayıb”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana yönəlik təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Ağ evin mətbuatda bu ilin əvvəlində “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamenei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.