XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2018 - 15:37

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi:"Bu xəbər məni son dərəcə kədərləndirdi"

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Strateq.az həmin başsağlığı məktubunun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”