XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 16:46

“Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?” –Komitə sədrindən 170 min dollarlı rüşvət qalmaqalına reaksiya

hicran-huseynova

Bir müddətdir adı 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib.

Strateq.az-ın aznews.az-a istinadən verdiyi xəbərə görə, H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib:

“Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?".

H.Hüseynova jurnalistlərə də çağırış edib:

“Jurnalistlərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə, dövlət məmurları haqqında belə şeyləri yazanda fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”.