XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2015 - 09:32

İlhamə: “2000-ci ildə Yasamaldan deputat seçilmişdim. Mandat da evimdədir” – AÇIQLAMA

ilahme.jpg

“2000-ci ildə Yasamal rayonundan seçkilərə qatıldım. Günorta saat üçdə artıq deputat seçilməyim dəqiqləşmişdi. Sadəcə nankor, haram insanlar axşam saat 7-də mənim bülletenlərimi yandırdılar. Səhərədək yazıb-pozub, özlərinə iş qurdular və cəzanını da çəkdilər”.

Strateq.az bildirir ki, bu barədə ölkə.az saytına müsahibəsində xalq artisti İlhamə Quliyeva deyib.

Onun sözlərinə görə, seçici səslərini əksrətiyyətini toplasa da mandat almasına imkan verilməyib. “Yasamal rayonunundan namizədliyini vemrişdim, bu rayonun sakiniyəm. Hamı da bilir ki, beş nəfər namizəddən ən çox səs toplayanı mən idim. Onsaz da millət vəkillərinin görə bilmədiyi işləri mən görürəm”.

İ. Quliyeva “bu seçkilərdə namizədliyinizi verəcəksiniz?” sualınıa”heç vaxt” deyə cavablandırıb. “Onsuz da millətin nümayəndəsiyəm, bəzi millət vəkilləri mənim gördüyüm işləri görə bilmirlər. Mən onsuz da millət vəkili səviyyəsində olan insanam. öz layihələrim var. 4-5 il əvvəl cənab prezident mənə demişdi ki, sənədlərini hazırla, millət vəkilliyinə namizədliyini ver. Dedim çox sağ olun böyük insan, sizə çox minnətdaram. Bir dəfə namizədliyimi verdim, keçdim də, mənə qurğu qurdular da, cəzasını çəkdilər də. Adam bir dəfə palçığa batar. Mən xalqımın millət vəkiliyəm. Birinci dəfə millət vəkili seçildim və onun mandatı indiyədək mənim evimdədir”.