XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 11:16

Avropa İttifaqından Türkiyəyə çağırış:"Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyat aparmayın!"

Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində kürd silahlı dəstələrinə qarşı hərbi əməliyyat aparmamağa çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federiko Moqerininin yaydığı bəyanatında deyilir.

“Biz Türkiyə tərəfinin koalisiyanın İŞİD-ə qarşı səylərini korlaya və ya Suriyada əlavə qeyri-sabitlik riski yarada biləcək istənilən birtərəfli hərəkətlərdən çəkinəcəyini gözləyirik”, – deyə o bildirib.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın günlərdə Suriyanın şimal-şərqində əməliyyata başlayacağını bildirib.