XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 14:42

Gürcüstanda müxaliflərlə polis arasında qarşıdurma oldu –Səbəb + FOTO

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları ilə polis əməkdaşları arasında Qurcaani rayonunda qarşıdurma baş verib.

Buna səbəb Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi ilə bağlı Telavi şəhərinə gedən yolun bağlanmasıdır.

Müxalifətçilər Telavi şəhərində aksiya keçirmək məqsədilə avtomobil karvanları ilə yola çıxıb. Polis onlara Telavi şəhərinə başqa yoldan istifadə etməklə getmələrini təklif etsə də, aksiya iştirakçıları buna razı olmayıb.

VMHP-nin üzvləri polis kordonunu avtomobillərlə yarmağa cəhd edib. Prezidentliyə namizəd olmuş Qriqol Vaşadze də hadisə yerindədir.

Hazırda polis Telavi şəhərinə gedən yolu avtobuslarla bağlayıb. Aksiya iştirakçıları avtobuslardan birini aşırmağa cəhd edilər. Onlar avtobusun şüşələrini sındırıblar.

Qeyd edək ki, Gürcüstanın birləşmiş müxalifəti Telavidə prezidentin andiçmə mərasiminin keçiriləcəyi yerin yaxınlığında prezident seçkilərinin nəticələrinə etiraz olaraq dinc aksiya keçirməyi planlaşdırır. Gürcüstanın Daxili İşlər Nazirliyi andiçmə mərasimi ilə bağlı Kaxeti bölgəsi istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyub/Report.