XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 15:16

“Tramp Ərdoğana Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə çalışdıqlarını dedi”- Çavuşoğlu

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Fətullah Gülən və tərəfdarlarını geri verəcəyini deyib.

Strateq.az  Türkiyə mətbuatına istinadən bildirir ki, Çavuşoğlu bu barədə ABŞ prezidenti Trampın Ərdoğanla söhbətinə istinadən məlumat verib.

Nazir qeyd edib ki, Tramp Ərdoğanla son söhbətində “Gülən və adamlarının Türkiyəyə təhvil verilməsi istiqamətində işləyirik” deyib: “Mən, eyni zamanda, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin FETÖ ilə bağlı araşdırma aparması haqda müvafiq sənədlərlə də tanışam”.