İşğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş Ermənistan Ordusu son iki gün ərzində 3 itki verib.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, fevralın 18-də cəbhədə baş verən atışmada 1997-ci il təvəllüdlü əsgər David Terteryan ölüb.
Erməni tərəfi Dağlı Qarabağda daha iki hərbi qulluqçunun bu gün səhər saatlarında aldıqları güllə yarasından öldüyünü açıqlayıb. Bunlar 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Suloyandır