XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 10:20

Mitinqlərlə bağlı qanun dəyişdirildi – Yeni qanun

Milli Məclisin iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Strateq.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə, 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.
Layihə səsə qoyularaq qəbul edilib.
Strateq.az