XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 16:32

Sergey Lavrov:“Qərbin postsovet məkandakı işi-gücü inqilab hazırlamaqdır”

“Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür”. Bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Ermənistanda amerikapərəst QHT-lərin çoxalması və ABŞ səfirliyinin ən böyük xarici səfirliklərdən biri olması barədə verilən suala cavabında deyib.

“Amerikalıların öz iş meyarları var. Bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş Sovet İttifaqı məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli məsrəf deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Həmçinin Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir”, – rusiyalı nazir deyib.

O, Ermənistanda ABŞ diplomatların rusiyalı həmkarlarından sayca çox olduğunu da etiraf edib: “Biz eyni say çoxluğu ilə cavab verə, yaxud bu qədər oyuncaq təşkilatlar yarada bilmirik”.

S.Lavrov Qərbi “inqilablar hazırlamaq”da ittiham edib: “Hazırda Qərbin postsovet məkandakı işi-gücü inqilab hazırlamaqdır. Bu, bəlkə də bizim bəlamızdır, amma qəti bizim günahımız deyil”.