XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 20:22

Maykl Flinnin iranlı keçmiş iş ortağı Güləni oğurlamaq cəhdində ittiham olunur – Yeni qalmaqal

Maykl Flinnin keçmiş ticarət tərəfdaşı xarici dövlətin agenti kimi fəaliyyət göstərməkdə və din xadimi Fəthullah Güləni Türkiyəyə təhvil verilməsi cəhdində ittiham olunur.

Strateq.az “Vaşinqton Post”a istinadla xəbər verir ki, Bijən Kian Bazar ertəsi günü Aleksandriya federal məhkəməsində ilk dəfə çıxış edib.

İddianaməyə əsasən, Kian türk iş adamı Ekim Alptekinlə birlikdə ABŞ hökumətinin vəzifəli şəxslərini qeyri-qanuni olaraq lobbiləşdirmək və ABŞ-da ictimai fikrə təsir göstərməklə, Gülənə qarşı etimadsızlıq yaratmağa çalışıb.

Türk iş adamı Ekim Alptekin, Kian və Flinnin işlərini yönlədirmək və maliyyələşdirməkdə günahlandırılır. Bundan əlavə, o, ABŞ-a öz rolu barədə yalan danışıb.

Alptekin, Kian kimi, eyni cinayətlərlə yanaşı, yalan ifadələr verməkdə ittiham olunur, lakin hazırda bu şəxs Türkiyədədir.

Prezident Trampın milli təhlükəsizlik məsləhətçisi vəzifəsini yerinə yetirmiş Flinn iddianamədə “Şəxs A.” olaraq qeyd olunub.

Prokurorlar Flinn üçün heç bir həbs-qəti imkan tədbiri tələb etməyib, çünki o, istintaqa “əhəmiyyətli yardım” göstərib.

Türk hökuməti Pensilvaniyada sürgün həyatı yaşayan Güləni 2016-cı ilin uğursuz çevriliş cəhdində günahlandırır.

İddianaməyə görə, Alptekin, Rafiekyan və Flinnə bildirib: “Ankarada türk nazirlərlə bu gün bir neçə görüş keçirmişəm. Məxfilik, büdcə və müqavilənin əhatəsini müzakirə etmək üçün yaşıl işıq yandırılıb”.

Kian fərdi qaydada heç yerə getməmək barədə iltizam verib, o, probasiya idarəsini öz hərəkətlərindən xəbərdar etmək şərti ilə azadlığa çıxıb.