XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 21:27

Meyin komandası ona qarşı gizli ittifaq yaradır- "Brexit" üzrə yeni referendum keçirilə bilər

Böyük Britaniyada baş nazir Tereza Meyin müttəfiqləri onun xəbəri olmadan “Brexit” üzrə yeni referendum hazırlayırlar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dekabrın 16-da “The Sunday Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, dekabrın 13-də Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvü – nazir Devid Lidinqton Leyboristlər partiyasının deputatları ilə yeni referendumla bağlı danışıqlar aparıb.

Mühafizəkarların fikrincə, Tereza Meyin “Brexit”lə bağlı son addımları Britaniyanı beynəlxalq arenada utancverici vəziyyətə salıb. Bundan başqa, baş nazirin aparatının rəhbəri Gevin Barvel ötən həftə bəyan edib ki, ikinci referendumun keçirilməsi çıxılmaz vəziyyətdən qurtulmaq üçün yeganə yol ola bilər. Onun fikrincə, Mey parlamentariləri sənədi dəstəkləməyə razı sala bilərdi.

Mey isə bildirib ki, Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına dair ikinci referendumun keçirilməsi Britaniya hökumətinin siyasətinə düzəldilməsi mümkün olmayan zərər vuracaq.

Qeyd edək ki, Britaniya “Brexit”lə bağlı razılaşmanı hələ də ratifikasiya edə bilməyib. Sənədlə bağlı səsvermə dekabrın 11-də keçirilməli idi. Lakin Mey onu qeyri-müəyyən vaxta qədər təxirə saldı.

Britaniyanın Avropa İttifaqından rəsmi çıxış tarixi 2019-cu ilin martıdır.

Strateq.az