XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 21:42

Tramp Ərdoğanın qərarını dəstəklədi- İki lider arasında telefon söhbəti olub

ABŞ prezidenti Donald Tramp Ankaranın Suriyadakı yeni hərbi əməliyyatını dəstəkləyib.

Strateq.az xarici mətbuta istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Türkiyə prezidentinin sözlərinə görə, amerikalı həmkarı dəstəyini telefon söhbəti zamanı ifadə edib: “Suriyada İŞİD qalmayıb. Ondan bəhanə kimi istifadə edirlər. Biz orada terrorizm dəhlizi yaradılmasına imkan verməyəcəyik. Türkiyə Suriyada üç əməliyyat keçirib. İndi növbəti əməliyyata növbə çatıb”.

Ərdoğan bildirib ki, sonuncu terrorçu zərərsizləşdirilməyənə və Suriyada azad seçki keçirilməyənə qədər türk ordusu Suriya torpaqlarını əməliyyata davam edəcək.

Strateq.az