“QRU-nın keçmiş rəhbəri İqor Serqun Livanda ölüb”.
Strateq.az BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinn FTB-də istintaqa verdiyi ifadələrdə bildirib.
Xatırladaq ki, Rusiya İ.Serqunun Moskva yaxınlığındakı bir istirahət evində vəfat etdiyini açıqlayıb.
Flinnin ifadəsi 2017-ci ilin yanvarında qeydə alınıb və yalnız indi üzə çıxır.
O bu ifadəni sabiq rus səfiri Sergey Kislyakla əlaqələri barədə suala cavab verərkən işlədib.