XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 10:31

Ağ Ev:"Tramp Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib"

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

Bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən “Reuters” məlumat yayıb.

“G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib”, – deyə Ağ Evin yüksək çinli əməkdaşı bildirib.

Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını bəyan etmişdi.

Report