XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 13:50

“Dövlət Gerbi haqqında” qanun layihəsi qəbul edildi –Qadağalar

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

9 maddədən ibarət olan layihə Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib/Report.