XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 16:52

Putindən Qərbə xəbərdarlıq:"Yeni silahlarımız davakar danışıq tərzinə öyrəşənləri düşündürəcək”

“Rusiyanın yaxın onilliklər ərzində təhlükəsizliyini təmin edən modern silahlar davakar danışıq üslubuna öyrəşənləri düşündürəcək”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında Prezident Vladimir Putin bildirib.

“Bu il martın 1-də Federal Şuraya müraciətimdə qeyd etdiyim dünyada misli olmayan modern silahların yaradılması ilə bağlı mühüm addımlar atılıb. Ümidvaram, yeni sistemlərimiz davakar danışıq tərzinə öyrəşənləri düşündürər”, – Rusiya Prezidenti vurğulayıb.

“Avanqard” raket sistemlərinin müntəzəm istehsalına başladıqlarını, “Kinjal” səsüstü təyyarələrin uğurlu keşik uçuşlarını, “Peresvet” lazer sistemlərinin tətbiqi sınaqlarını qeyd edən V.Putin bu kimi silahların ordu və donanmanın imkanlarını qat-qat artırdığını, yaxın on illər ərzində Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin etdiyini vurğulayıb.

O, yeni silahları sayəsində dünyada qüvvələr balansının və sabitliyin artmasını da diqqətə çatdırıb/Report.