XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 16:57

“The Washington Post”:Rusiyanın internetdəki bütün platformaları Trampın qələbəsi üçün işləyib

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ Senatı üçün hazırlanan hesabat layihəsində Rusiyanın sosial mediadan hər cür vasitə ilə istifadə edərək Donald Trampın qələbəsinə yol açan yalan məlumatlar yaydığı deyilir.

Hesabat Oksfort Universiteti və Qrafika təhlil şəbəkəsi tərəfindən hazırlanıb. Sənəddə deyilir ki, İnternet Araşdırmaları Agentliyində (IRA) çalışan ruslar 2009-cu ildə sosial media vasitəsi ilə yerli seçilərə müdaxilənin eksperimentini keçirib. 2013-cü ildə bu şirkət əməliyyatlarını genişlədərək Twitter vasitəsi ilə ABŞ seçkilərinə müdaxilə edib.

YouTube, Facebook və Instagram kimi digər platformalar da tədricən şirkətin alətinə çevrilib.

Bundan əlavə ruslar səsvermə yolları, seçki prosesi barədə yanlış məlumat yaymaqla seçicilərdə çaşqınlıq yaradıb.

“The Washington Post” qəzetinin yazdığına görə, Facebook və Google hesabata münasibət bildirməyib. Lakin Twitter deyib ki 2016-cı il seçkilərindən sonra rəqəmsal müdafiə sahəsində əsaslı işlər görülüb.

ABŞ artıq Rusiyanın İnternet Araşdırmaları Agentliyinə qarşı kriminal ittihamlar irəli sürüb.

(Amerikanın səsi)