XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2018 - 10:42

Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq keçirilir –Ankarada mühüm görüş

Ankarada keçirilən Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri müzakirə edilir.

Strateq.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda həmçinin hərbi dialoq çəçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2019-cu il üçün fəaliyyət planı razılaşdırılacaq.

Dekabrın 20-dək davam edəcək iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin müavini Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi Mətin Gürakdır.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.