XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2018 - 14:42

Belçikanın Baş naziri istefa verib- Siyasi böhrana görə

BMT-nin miqrasiya paktının Belçika tərəfindən imzalanması nəticəsində kəskinləşən siyasi böhran gözlənilməz şəkildə davam edib: Baş nazir Şarl Mişel özünün istefasını bəyan edib.

AZƏRTAC xəbər verir ki, hökumət rəhbəri parlamentdəki çıxışında müxalifətlə və daha əvvəl miqrasiya barədə razılaşmaya qarşı etiraz əlaməti olaraq hakim koalisiyanın tərkibindən çıxan “Yeni Flamand Alyansı” ilə ümumi dil tapa bilmədiyindən şikayətlənib.

Şarl Mişelin bu bəyanatından əvvəl müxalif “Sosialist Partiyası” ilə Flandriya sosialistləri “Yaşıllar”ın dəstəyi ilə hökumətə etimadsızlıq məsələsini səsverməyə çıxarıblar. O bildirib ki, vəziyyətin necə dəyişməsini başa düşür, bu səbəbdən də dərhal kralın qəbulunda olmalı və istefası qəbul edilməlidir.